Yasamalda qanlı dava

Bakıda bıçaqlanma hadisəsi baş verib.

Buta.media xəbər verir ki, ötən gecə Yasamal rayonu ərazisində - metronun "Elmlər Akademiyası" stansiyasının yaxınlığındakı şərab evinin qarşısında 1968-ci il təvəllüdlü Rövşən Mirzəyev bıçaqlanıb. 

Dava-dalaş zamanı 51 yaşlı kişinin döş qəfəsininə bıçaqla ağır zərbə endirilib.

Ürək nayihəsindən ağır xəsarət alan şəxs Kliniki Tibbi Mərkəzə çatdırılıb.

Faktla bağlı Yasamal rayon Polis İdarəsində araşdırmalara başlanılıb.(publika)

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ