İlham Əliyevin azarkeşlərlə daha bir maraqlı - VİDEOSU

Londonun “Arsenal” və “Çelsi” komandaları arasında baş tutan final oyununa prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri də baxıblar.

Buta.media-nın məlumatına görə, dövlət başçısının azarkeşlərlə çəkilən daha bir maraqlı videosu yayılıb. Belə ki, prezident gənclərin əyləşdiyi tribunaya yaxınlaşıb, onlarla foto çəkdirib. 

Prezidentin bu jestinə cavab olaraq gənclər “Azərbaycan” sədaları səsləndiriblər. 

Daha sonra İlham Əliyev tribunada əyləşən və onunla görüşmək istəyən azyaşlını salamlayıb. 

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ