Ötən gün Lənkəranda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Qafqazinfo” xəbər verir ki, rayonun Talışlı kəndi ərazisində VAZ-2107 markalı avtomobil idarəetmədən çıxaraq elektrik dirəyinə çırpılıb.
Zərbənin təsirindən avtomobildə sərnişin qismində olan sürücünün oğlu, Ləj kənd sakini, 2012-ci il təvəllüdlü Murad Əliyev aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Qeyd edək ki, M.Əliyev Lənkəran şəhər səkkiz nömrəli tam orta məktəbin altıncı sinif şagirdi olub.