Sabah da qar yağacaq

Yanvarın 24-nə gözlənilən hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında arabir sulu qar, qar yağacağı gözlənilir.

Gecə və səhər yarımadanın bəzi yerlərində intensiv olacağı ehtimalı var. Axşam tədricən kəsiləcək. Mülayim şimal-qərb küləyi arabir güclənəcək.

Havanın temperaturu gecə və gündüz 1° şaxtadan 2°-dək isti olacaq. Atmosfer təzyiqi normadan yuxarı 771 mm civə sütunu olacaq. Nisbi rütubət 70-80 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Arabir duman olacaq. Şərq küləyi arabir güclənəcək.

Havanın temperaturu gecə 2-6° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti, dağlarda gecə 12-17° şaxta, gündüz 5-10° şaxta olacaq. Gecə və səhər bəzi yolların buz bağlama ehtimalı var.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ