Son günlərdə paytaxtın bir sıra qəsəbələrində sarılıq xəstəliyi kimi tanınan Hepatit A virusuna yoluxma halları müşahidə olunur.
Sakinlər isə yoluxmanın Bakının Əmircan və Bülbülə qəsəbələrində verilən su vasitəsilə yayıldığını iddia edirlər.
Onların sözlərinə görə, hər iki qəsəbədə sarılığa yoluxanların sayı çoxdur.