Bakıda 2-ci sinif şagirdinə qarşı seksual hərəkətlər edilib ?

Bakı şəhəri 6 nömrəli məktəb-lisey barədə yayılan məlumatlarla bağlı araşdırma aparılıb.

Elm və Təhsil Nazirliyindən verilən məlumata görə, yanvarın 10-da məktəbə daxil olan müraciət əsasında valideynlərin də iştirakı ilə təhsil müəssisəsində kamera görüntüləri izlənilib. Məlumatda səsləndirilən fikirlər video görüntülərdə öz təsdiqini tapmayıb.

Bununla yanaşı, ümumi təhsil müəssisəsinin psixoloqları ümumilikdə siniflə, rayon polis idarəsinin əməkdaşları isə valideynlərin iştirakı ilə hər bir şagirdlə ayrılıqda söhbət aparıb.
 
Qeyd edilib ki, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi, məktəb rəhbərliyi və prosesə cəlb olunmuş aidiyyəti orqanlar tərəfindən mövcud qaydalar çərçivəsində lazımi tədbirlər görülüb.

Xatırladaq ki, Bakı şəhər sakini Əliyeva Nuridə Adnan qızı (ad,soyad şərtidi) iddia edirdi ki, şəhər 6 nömrəli məktəbin 2-ci sinif şagirdi S. Əliyev(ad, soyad şərtidi) həmin məktəbin 7- ci sinif şagirdləri tərəfindən dəfələrlə cinsi seksual hərəkətlərə təhrik edilib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ