Göygöldə ağır qəza - Ata öldü, oğul xəsarət aldı

Göygöldə ölümlə nəticələn yol qəzası baş verib.

APA- xəbər verir ki, hadisə Bakı-Qazax magistralının rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “Qazel” və “Kamaz” toqquşub. Qəza zamanı Tovuz rayon sakini, 77 yaşlı Həsən Bayramov hadisə yerində ölüb, onun övladı 28 yaşlı Müşviq Bayramov isə xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ