“Respublika Perinatal Mərkəzi” Publik Hüquqi Şəxsin direktoru Mehriban Abasquliyeva vəzifəsindən azad edilib.
Qaynarinfo-nun məlumatına görə, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanov müvafiq əmr imzalayıb.
“Respublika Perinatal Mərkəzi”nə direktor əvəzi Şirinova Dilarə Vidadi qızı təyin edilib.
Qeyd edək ki, yanvarın 9-da “Respublika Perinatal Mərkəzi”ninn inzibati binasında baş vermiş yanğın zamanı 4 körpə ölüb və müəssisəyə ciddi ziyan dəyib.
Baş vermiş yanğınla bağlı 3 vəzifəli şəxsi - Mərkəzin direktoru Abasquliyev Mehriban Adil qızı, Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin müdiri Hamlet Mustafayev və Dəstək Xidmətləri şöbəsinin müdiri Elnur Əhmədli cinayət məsuliyyətinə cəlb edilib. Məhkəmənin qərarı ilə təqsirləndirilən şəxslər barəsində ev dustaqlığı və vəzifədən kənarlaşdırma növündə qətimkan tədbirləri seçilib.
Xatıradaq ki, Mehriban Abasquliyeva 1998-2000-ci illər ərzində 3 saylı Şəhər Klinik Xəstəxanasında baş həkimin müavini vəzifəsində fəaliyyət göstərib. 2000-ci ildən etibarən Sabunçu rayonu 2 saylı Doğum Evinin baş həkimi vəzifəsində çalışıb. O, Perinatal Mərkəzə 2022-ci ilin dekabrında direktor təyin edilmişdi.