Salyanda qasırğa inəyi uçurtdu - FOTO

Bu gün saat 12:10 radələrində Salyan rayonun Kürsəngi kəndində şiddətli yağışla müşayiət olunan qasırğa baş verib.

Buta.media xəbər verir ki, Virtualaz.org-un Şirvan bürosunun məlumatına görə, cəmi 3-4 dəqiqə çəkən və kənddən zolaq şəklində keçən qasırğa nəticəsində kənd sakini Qahir Rafiq oğlu Həsənova məxsus ikimərtəbəli evin dam örtüyü bütövlükdə uçaraq, evdən 25-30 metr aralıda yerə düşüb.

Güclü külək qonşunun həyətində otlayan inəyi də uçuraraq eyni məsafədə kənara tullayıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ