Sinoptiklər sabaha 17 dərəcə isti vəd edirlər

Yanvarın 21-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, gecə və səhər bəzi yerlərdə arabir duman, az çiskin. Mülayim cənub-qərb küləyi axşam arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 4-8° isti, gündüz 12-17° isti olacaq.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Arabir duman. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 0-5° isti, gündüz 12-17° isti, dağlarda gecə 0-3° şaxta, gündüz 3-8° isti olacaq.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ