Azərbaycanda zəlzələ anının görüntüsü yayıldı - video

Azərbaycanda baş verən güclü zəlzələnin görüntüləri yayılıb. Video sosial şəbəkədə paylaşılıb.

İddia olunur ki, kadrlar Sabirabad rayonunda yerləşən çay evlərinin birinin kamerası tərəfindən lentə alınıb. Görüntülərdə zəlzələ zamanı insanların təşviş içində çay evini necə tərk etmələri əks olunub.

Xatırladaq ki, ötən gecə Saatlı, Şirvan ərazisində 5.1 maqnituda zəlzələ qeydə alınıb. Yeraltı təkan digər rayonlarda 3-4 bala qədər hiss olunub. FHN-dən bildirilib ki, zəlzələ nəticəsində hər hansı dağıntı və ya xəsarət barədə məlumat daxil olmayıb.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ