Yanvarın 19-da saat 12:45 radələrində paytaxtın Yasamal rayonu, M.Müşfiq küçəsində olan mərasim evində tavanın çökməsi ilə bağlı polisə məlumat daxil olub.
Bu barədə Buta.media-ya Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.
Bildirilib ki, hadisə ilə əlaqədar polis əməkdaşları əraziyə cəlb edilib.
Ərazi mühafizəyə götürülməklə təhlükəsizlik tədbirləri görülüb, xəsarət alan 2 nəfər təxliyə edilib.