Xəbər verdiyimiz kimi, Bakının Sabunçu rayonunda əhali arasında, xüsusilə uşaqlarda sarılıq xəstəliyinə (Hepatit A) yoluxma ilə bağlı məlumat yayılıb. Xəbərlərə görə, Əmircan və Bülbülə qəsəbəsində sakinlər arasında Hepatit A virusuna yoluxma halları var.
RTV komandası sözügedən məkana yollanıb və adı çəkilən ərazidən araşdırma aparıb.
"Virusa ən çox yoluxan şagirdlərdir".
Bu sözləri RTV-yə açıqlamasında TƏBİB-in departament rəhbəri Yaqut Qarayeva deyib.