Yol kənarındakı işarəni “səhvdir” deyib sökdülər - Video

Azərbaycanda dağlıq rayonların birində yol nişanının vətəndaş tərəfindən sökülərək atılmasını əks etdirən görüntülər yayılıb.

“Qafqazinfo” xəbər verir ki, görüntülərdə gənc oğlanın dönmə işarəsini sökdüyü görünür. Belə ki, işarənin sürücüləri çaşdırdığını iddia edən şəxs onu yerindən çıxararaq kənara atıb.

Baş Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis polkovnik-leytenantı Mübariz Ağayev “Qafqazinfo”ya açıqlamasında bildirib ki, hadisə barədə araşdırma aparılır. “Həmin işarə qanunvericilikdə nəzərdə tutulmuş 1.11.1 nömrəli xəbərdarlıq nişanıdır. 

“Yol Hərəkəti Haqqında” qanunun 62-ci maddəsinin 3-cü hissəsində göstərilir ki, xəbərdarlıq nişanları hərəkətin icazə verilən sürətindən, görünmə şəraitindən və yerləşmə imkanlarından asılı olaraq yaşayış məntəqələrindən kənarda təhlükəli sahələrin başlanma yerindən 150-300 metr, yaşayış məntəqələrində isə 50-100 metr aralıda quraşdırılır. Kadrlarda görünən və hüquqazidd hərəkətlərə yol verən şəxslər bildirir ki, orada hərəkətin təhlükəsizliyi ilə bağlı hər hansı problem var. Lakin bu fikirlər qətiyyən yolverilməzdir, tamamilə yanlışdır. Orada hərəkətin təşkilində və nişanın quraşdırılmasında heç bir hüquqazidd hal yoxdur, sırf qanunvericiliyin tələbinə uyğun olaraq orada hərəkətin təşkili üçün nizamlanma vasitələri tətbiq olunub”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ