Prezident İlham Əliyev mayın 29-da Bakıda keçirilən UEFA Avropa Liqasının final qarşılaşmasını Bakı Olimpiya Stadionunda izləyib.
Buta.media-nın xəbərinə görə, xanımı, birinci vitse-prezident Mehriban Əliyeva və ailə üzvləri ilə birlikdə London derbisini izləyən ölkə başçısı tribunadakı azarkeşlərlə də görüşüb.
Futbolsevərlər dövlət başçısı ilə foto çəkdiriblər.