Hamiləlik və doğuma görə əmək məzuniyyəti artırıla bilər

Azərbaycanda hamiləlik və doğuşdan sonrakı sosial məzuniyyət müddətinin artırılması təklif olunur.

Bu təkliflə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev çıxış edib.

M.Quliyev bildirib ki, hamiləlik dövrü və doğuşdan sonrakı müddət üçün qadınlara 126 gün məzuniyyət qanunvericilikdə nəzərdə tutulub:

“Təklifimiz bu müddətin 14 gün artırılaraq 140 günə çatdırılmasıdır. Bununla yanaşı patoloji doğuşa, iki və üç uşaq dünyaya gətirmiş qadınların əmək məzuniyyətinin artırılması məsələsi də gündəmdədir”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ