Neftçalada iki nəfərin ölümü, iki nəfərin yaralanması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Buta.media xəbər verir ki, hadisə Salyan-Neftçala avtomobil yolunun rayonun Qaravəlli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, hərəkətdə olan “Ford Transit” markalı maşınla KIA markalı avtomobil toqquşub.
Qəza nəticəsində Cəlilabad rayon sakinləri - 1995-ci il təvəllüdlü İslam Fərhadov və 1998-ci il təvəllüdlü Vahid Yağnəliyev hadisə yerində ölüblər.
Neftçala rayon sakinləri - 1957-ci il təvəllüdlü Loğman Bayramov, 1982-ci il təvəllüdlü Habil Əliyev müxtəlif dərəcəli xəsarətlər alıblar.
Yaralılar Neftçala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.