Partlayışda ölən daha üç nəfərin kimliyi məlum oldu - foto

Binəqədi rayonunda yerləşən mebel sexində baş verən partlayışda həlak olan daha 3 nəfərin kimliyi bilinib.

Bunlar - Aydın Atakişiyev, Elvin Məmmədov və Fərid Qubadovdur.

A.Atakişiyev Quba, E.Məmmədov Saatlı, F.Qubadov isə Cəlilabad rayonundan olub. Onların cəsədləri dağıntılar altından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, hadisə nəticəsində bu günə olan məlumata görə 9 nəfər həlak olub. Hazırda axtarış işləri davam edir.

Aydın Atakişiyev

Fərid Qubadov

Elvin Məmmədov 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ