“Bakıda insanlar həyatının 1 ildən çoxunu tıxaclarda qalır” - deputat

“Bakı dünyada ən çox tıxacların olduğu şəhərlərdən biridir”.

Bunu Milli Məclisin deputatı İltizam Yusifov Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclasında deyib.

O bildirib ki, Bakıda ömür sürən hər bir şəxs həyatının 1,5 ilini tıxaclarda qalır: 

“Əgər hesab etsək ki, bir insan səhər 10-15, axşam da 10-15 dəqiqə tıxacda qalsa, bu ildə 7,6 gün edir. Azərbaycanda orta ömür həddinin 73 il olduğunu nəzərə alsaq, belə məlum olur ki, Bakıda yaşayan bir nəfər ömrünün 1,5 ilini tıxaclarda keçirir. Bu, həddindən artıq böyük rəqəmdir”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ