Səbuhi Məmmədli dünyasını dəyişdi

Tanınmış jurnalist Səbuhi Məmmədli vəfat edib.

Jurnalist gecə saatlarında müalicə aldığı klinikada dünyasını dəyişib.

Xatırladaq ki, uzun müddətdir xəstə olan S.Məmmədlinin vəziyyəti bir neçə gün öncə yenidən pisləşib. “Yeni Klinika”ya köçürülən jurnalist “Xroniki böyrək çatışmazlığı üzrə Tədbirlər Proqramı” çərçivəsində hemodializ müalicəsi alıb. Ona kəskin tənəffüs çatışmazlığı diaqnozu qoyulmuşdu.

Qeyd edək ki, o, daha əvvəl hər iki ayağının amputasiyası əməliyyatını keçirib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ