Bakı şəhəri, Binəqədi rayonu, A.Kunanbayev küçəsində yerləşən sexdə yanvarın 15-də baş vermiş partlayışdan sonra dağıntılar altından Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasediciləri tərəfindən bu gün ikinci meyit çıxarılıb.
Buta.media-nın məlumatına görə, hadisə nəticəsində xilasedicilər tərəfindən dağıntılar altından üçü sağ çıxarılmaqla, ümumilikdə 24 nəfər xəsarət alıb, doqquz nəfərin meyiti tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Qeyd edək ki, hadisə nəticəsində xilasedicilər tərəfindən dağıntılar altından 3-ü sağ çıxarılmaqla, ümumilikdə 24 nəfər xəsarət alıb, 9 nəfərin cəsədi tapılaraq aidiyyəti üzrə təhvil verilib.
14:52
Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, A.Kunanbayev küçəsində yerləşən sexdə baş vermiş partlayışla əlaqədar dağıntılar altından daha bir nəfərin cəsədi tapılıb.
Bu barədə FHN məlumat yayıb.
Qeyd edək ki, hadisə nəticəsində xilasedicilər tərəfindən dağıntılar altından 3-ü sağ çıxarılmaqla, ümumilikdə 24 nəfər xəsarət alıb, 8 nəfərin cəsədi tapılaraq aidiyyəti üzrə təhvil verilib.