Dəhşətli qəzada ölən polis imiş - video

Xəbər verdiyimiz kimi, ötən gün “Volkswagen Touareg” markalı, “90-GD-390” dövlət qeydiyyat nömrəli avtomobil Hacıqabul rayonundan Sabirabad rayonuna gedən magistral yolda dəmir arakəsmələrə dəyib.

"Unikal"ın əldə etdiyi məlumata görə, hadisə yerində ölən Davud Məmmədov Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşıdır.

Hazırda faktla bağlı Hacıqabul rayon prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, avtomobil yanıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ