Azərbaycanda nəvəsini məktəbə aparan baba faciəvi şəkildə öldü

Şaxtalı havada yolların buz bağlaması 66 yaşlı kişinin ölümünə səbəb olub.

“Qafqazinfo” xəbər verir ki, hadisə bu gün Biləsuvarda baş verib.

Belə ki, Biləsuvar şəhər sakini 1958-ci il təvəllüdlü Cəmil Rəhimov buzlu yolda sürüşərək yıxılıb.

Ağır xəsarət alan C.Rəhimov xəstəxanaya çatdırılarkən vəfat edib.

Qeyd edək ki, 66 yaşlı baba nəvəsini buzlu yollardan təhlükəsiz evə aparmaq üçün məktəbə gedibmiş.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ