“Memar Əcəmi” stansiyası yaxınlığında yol çökdü - video

Bakı metrosunun “Memar Əcəmi” stansiyası yaxınlığında yol çöküb.

Bu barədə görüntülər sürücülər tərəfindən lentə alınaraq sosial şəbəkələrdə paylaşılıb.

Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verib ki, paytaxtın Seyid Cəfər Pişəvəri küçəsi, “3-cü mikrorayon dairəsi” dairəsi istiqamətində yolda təmir işləri aparılır.

Təmir səbəbindən yolun bir hissəsində avtomobillərin hərəkətinə məhdudiyyət qoyulub. Sürücülərdən nəzərə almaları xahiş olunur.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ