Bakıda mebel sexində partlayış anı videokameraya düşüb - video

Bakı şəhəri, Binəqədi rayonu, A.Kunanbayev küçəsində yerləşən sexdə baş vermiş partlayış anı videokameraya düşüb.

Qeyd edək ki, baş vermiş partlayışla əlaqədar Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən axtarış-xilasetmə əməliyyatı davam etdirilir.

Bildirilib ki, hazırda dağıntı altında qalan şəxs və ya şəxslərin olması ehtimalı nəzərə alınaraq, axtarış-xilasetmə əməliyyatı fasiləsiz olaraq həyata keçirilir.

Mebel sexində ölənlərin sayı 6-a çatıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ