Bakıda it ana və qızına hücum edib.
Bu barədə ana Züleyxa Eyşari öz sosial şəbəkə hesabında paylaşım edib.
O bildirib ki, hadisə Qaraçuxur ərazisində qeydə alınıb.
“Biz gülə-gülə qarşılayırdıq. Qızım iti sığallamaq istəyirdi. Mən itin təlaşından nəsə olacağını başa düşdüm. Sadəcə ehtimal vermədim. Səbəbini bilmirəm, amma həmin an özümü itirmədim. İt qızımın ayağından tutmasın deyə çox çabaladım, tutanda əlimi ağzına saldım ki, möhkəm dişləməsin. İtin isə yiyəsini tapa bilmirik”, - deyə o qeyd edib.
Züleyxa Eyşari qızının üzündə və bədənində sıyrıqlar olduğunu və quduzluq əleyhinə peyvənd vurdurduqlarını da bildirib.