Məktəblərdə qış tətilinin vaxtı məlum oldu

Ümumi təhsil müəssisələrində 2023-2024-cü tədris ili üzrə qış tətili günləri açıqlanıb.

Elm və Təhsil Nazirliyindən (ETN) Buta.media-ya verilən məlumata görə, məktəblərdə qış tətili yanvarın 27-dən başlayacaq.

Bildirilib ki, qış tətili 27-31 yanvar tarixlərini (5 gün) əhatə edir.

Qeyd olunub ki, 1 fevral ikinci yarımilin ilk dərs günüdür.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ