Rövnəq Abdullayevin son durumu açıqlandı

Bir neçə gün əvvəl AFFA-nın prezidenti Rövnəq Abdullayevin səhhətinin pisləşdiyi ilə bağlı məlumat yayılıb.

Məhz buna görə AFFA-nın İcraiyyə Komitəsinin 11 yanvar tarixində Gəncədə keçirilməsi planlaşdırılan iclası və Gəncədə futbol akademiyasının açılışı ləğv olunmuşdu.

Modern.az Rövnəq Abdullayevin səhhətini aydınlaşdırmaq üçün AFFA ilə əlaqə saxlayıb.

Qurumun mətbuat katibi Elnur Məmmədli saytımızın sorğusuna cavab olaraq hazırda Rövnəq Abdullayevin vəziyyətinin yaxşı olduğunu söyləyib:

“Heç bir ciddi problem yoxdur. Sadəcə soyuqdəymə, qrip idi. Hazırda Rövnəq Abdullayevin vəziyyəti yaxşıdır. Heç bir problem yoxdur”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ