Yanvarın 13-də hava şəraiti və yollardakı mövcud vəziyyətlə bağlı “Xaliq Faiqoğlu” şirkəti tərəfindən şirkətə məxsus avtobus parklarında sürücülərin təlimatlandırılması tədbirləri həyata keçirilib.
Bu barədə Oxu.Az-a şirkətdən məlumat verilib.
Bildirilib ki, keçirilən təlimdən sonra qaraj (daxili) sürücülərindən biri marşrut avtobusu sürücülərinə nümayiş etdirilən manevr qaydalarını daha sərt formada həyata keçirərək lentə alıb və sosial şəbəkələrdə paylaşıb.
Qeyd olunub ki, baş vermiş hadisə araşdırılıb və vəzifə öhdəliklərini pozan əməkdaş məsuliyyətə cəlb edilib.