Elvin Basqallı və ailəsinin uğradığı qəzadan görüntülər - video

Xəbər verdiyimiz kimi, aparıcı Elvin Basqallının olduğu avtomobil qəzaya düşüb.

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin Hərəkətin Təhlükəsizliyinin Təbliği və İctimai Qurumlarla Əlaqə şöbəsinin rəisi Rövşən Tağıyev açıqlamasında qəza nəticəsində xəsarət alan olmadığını bildirib: 

"Hadisə Bakı-Qazax yolunun 196-cı kilometrliyində, Kürdəmir rayonu ərazisində baş verib. Avtomobildə Elvin Basqallı və oğlu ilə yanaşı, qardaşı Tanrıverdiyev Nicat Vahid oğlu və anası olub. "Hyundai Santa Fe" markalı 77-GF-210 dövlət qeydiyyatlı avtomobil buzlaşmada sürəşərək, yolun kənarına aşıb. Qəza nəticəsində xəsarət alan olmayıb".

Tanınmış aparıcı Elvin Basqallı qəza ilə bağlı rəsmi feysbuk hesabında paylaşım edib:

“Gəncədən əsgər görüşündən gələrkən, buzlu yolda maşını aşırdıq. Kiçik əziklər istisna olmaqla, hamımız xəsarətsiz qurtulmuşuq. Maraqlanan hər kəsə minnətdaram”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ