İspaniyanın "Barselona" futbol klubunun prezidenti Joan Laporta TikTok sosial şəbəkəsində məşhur Azərbaycan trendinə qoşulub.
İstifadəçilərin “Çay verərsən?” kimi tanınan videosu internetdə yayılıb. Beləliklə, Barsa prezidenti azərbaycanlı iş adamı Adnan Əhmədzadənin təklifi ilə ona çay tökməyi “xahiş edir”. Əhmədzadə videonu İnstaqram səhifəsində yerləşdirib.
Adnan Əhmədzadə Yeni il gecəsi Coan Laportanın yanında olub. Dubayda keçirilən şənlik zamanı digərləri ilə yanaşı, Müslüm Maqomayevin “Azərbaycan” mahnısı ifa olunub və Barselona prezidenti də oxuyub.
Adnan Əhmədzadə geniş auditoriyaya Lionel Messinin dostu kimi tanınıb. Onun argentinalı meqastarla Messinin evində çəkdirdiyi foto dünya sosial şəbəkələrini partladıb.
“Çay verərsən?” fleşmobuna qayıdaraq, onun Azərbaycandan kənarda da populyarlıq qazandığını söyləmək yerinə düşər. Ötən gün Instagram-da 2 milyondan çox izləyicisi olan məşhur rusiyalı bloger Svetlana Alekseeva “çay tökmək” istəyib. Futbol azarkeşi və Kriştianu Ronaldonun pərəstişkarı "Real Madrid"in futbolçusu, türkiyəli gənc istedad Arda Gülər ilə video çəkdirib.