37 sm qar yağıb - Faktiki hava açıqlandı

Yanvarın 14-ü saat 09:00-a olan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, ölkə ərazisində yağıntılı hava şəraiti davam edib, bəzi yerlərdə sulu qar, qar yağıb.

Ayrı-ayrı yerlərdə intensiv olub. Qar örtüyünün hündürlüyü Lənkəran 37 sm, Yardımlı 35 sm, Astara, Lerikdə 30 sm, Biləsuvar 22 sm, İmişli 20 sm, Quba 18 sm, Xaltan, Beyləqan 15 sm, Naxçıvan, Sarıbaşda (Qax) 14 sm, əksər rayonlarda 12 sm, Bakıda və Abşeron yarımadasında isə 2 sm olub.

Düşən yağıntının miqdarı Astarada 66 mm (aylıq normanın 67%-i), Lənkəranda 43 mm, Ordubadda 35 mm, Biləsuvarda 22 mm, Yardımlıda 20 mm, Neftçalada 17 mm, Naxçıvanda 15 mm, Beyləqan, İmişli, Cəfərxanda 12 mm, Sabirabadda 11 mm, Qəbələ, Kürdəmir, Zərdab, Tərtər, Qobustan, Göyçay, Mingəçevir, Gədəbəy, Ağdam, Oğuz, Xaltan, Kişçay (Şəki), Qrız, Şərur, Balakən, Şahbuz, Culfa, Göygöl, Zaqatala, Sarıbaş (Qax), Qusar, Altıağac, Yevlax, Quba, Sədərək, Naftalan, Şabran, Şəmkir, Göytəpə, Daşkəsəndə 9 mm-dək, Bakıda və Abşeron yarımadasında isə 14 mm-dək olub.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 2 dərəcəyədək şaxta, Naxçıvan MR-da 6 dərəcəyədək şaxta, Aran rayonlarında 3 dərəcəyədək şaxta, dağlıq rayonlarda 8 dərəcəyədək şaxta, yüksək dağlıq ərazilərdə 13 dərəcəyədək şaxta qeydə alınıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ