Ödənişli yolda qəza, ölən var

Bakı-Quba-Rusiya ilə dövlət sərhədi ödənişli yolunun Şabrandan keçən hissəsində ölümlə nəticələnən yol qəzası baş verib.

“Qafqazinfo” xəbər verir ki, “BMW” markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarına aşıb.

Qəza nəticəsində sürücü Cəfər Həsənov aldığı xəsarətlərdən yerindəcə keçinib.

Avtomobildə olan digər sərnişinlər - 2002-ci il təvəllüdlü Emin Xudiyev və 2003-cü il təvəllüdlü Nərmin Təhməzova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar xəstəxanaya çatdırılıb. Bildirilir ki, hər üçü Bakı şəhər sakinidir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ