“Respublikanski”də yanğın olub? - video

YENİLƏNİB

M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında yanğının baş verməsi ilə bağlı sosial şəbəkələrdə görüntülər yayılıb. 

Videoda əraziyə yanğınsöndürmə maşınların cəlb olduğu əks olunub. Ərazidə insanların təxliyə olduğu da görünür.

Trend-in aidiyyəti qurumlardan əldə etdiyi məlumata görə, xəstəxanada heç bir yanğın baş verməyib və yayılan görüntülər də təlim görüntüləridir.

Fövqəladə Hallar Nazirliyindən də bildirilib ki, M.A.Qasımov adına Respublika Klinik Xəstəxanasında nazirliklə TƏBİB-in birgə təlimi keçirilib.

13:52

Bu gün  Fövqəladə Hallar Nazirliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında baş verə biləcək fövqəladə hadisələr zamanı fəaliyyətin təşkili mövzusunda birgə təlim keçirilib.

Bu haqda TƏBİB məlumat yayıb.

Bildirilib ki, təlimə FHN-in xüsusi təyinatlı texnikaları və şəxsi heyəti cəlb olunub.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ