Küləkli hava nə vaxtadək davam edəcək?

Ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti yanvarın 15-dək davam edəcək.

Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. 

Bildirilib ki, küləkli hava şəraiti yanvarın 14-dək, yağıntılı hava şəraiti isə 15-dək davam edəcək.

Qeyd edək ki, ötən gün axşam saatlarından etibarən ölkədə qeyri-sabit hava şəraiti müşahidə olunur. Qərb rayonlarından başlayaraq hava şəraiti dəyişib, bəzi yerlərdə yağış, dağlıq və dağətəyi rayonlarda qar yağıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ