Dünən Bakıda da dəm qazından ölüm hadisəsi baş verib.
Hadisə Binəqədi rayonu Rəsulzadə qəsəbəsində yerləşən fərdi yaşayış evlərinin birində qeydə alınıb. 1991-ci il təvəllüdlü Turanə Fərman qızı Quliyeva mənzilin hamam otağında olarkən dəm qazından zəhərlənib. Yaxınları xəbər tutduqda artıq T.Quliyevanın vəfat etməsi dəqiqləşib.
Oxşar hadisə yanvarın 12-də Şamaxının Mərzəndiyə kəndində olub. 1956-cı il təvəllüdlü Elxan Əhmədov və həyat yoldaşı Zənfirə Əhmədova yaşadıqları evin həyətindəki hamam otağında qazdan zəhərləniblər. Nəticədə E.Əhmədov ölüb, arvadı isə Şamaxı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Hazırda müalicəsi davam etdirilir.
Oxşar hadisə yanvarın 12-də Sabirabad şəhəri Heydər Həmidov küçəsində olub. 43 yaşlı qadın bədbəxt hadisə nəticəsində ölüb. 1981-ci il təvəllüdlü Ağayeva Sahilə Saleh qızı yaşadığı evdə dəm qazından zəhərlənib. O, Sabirabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, dünyasını dəyişib.