Bakıda VAZ dəhştəli yolz qəzasına səbəb oldu: Prado aşdı, Opel çevrildi - VİDEO

Bakıda baş verən dəhşətli yol qəzası təhlükəsiz şəhər kameralarına düşüb.

Buta.media xəbər verir ki, yükdaşıma qaydalarını pozan VAZ 2107 markalı avtomobil üzərində standartlara uyğun olmayan “baqaj” var. 

Dəmir və onun üzərinə bərkidilmiş taxta parçası ilə  düzəldilmiş "baqaj" yüksək sürət və küləyin təsirindən avtomobilin üstündən uçaraq yaxınlıqda hərəkət edən “Prado” markalı maşına tərəf gedir. “Prado”nun sürücüsü avtomobili qaçırtmaq istəyəndə digər hərəkətdə olan “Opel” markalı avtomobilin sürücüsü çaşdırır. 

“Opel” sürücüsü isə idarəetməni itirərək “Proda” ya çırpılır. Nəticədə “Prodo” açaraq yoldan kənara düşür. “Opel” isə yolun ortasında bir neçə dəfə dönərək dəmir arakəsmələrə dəyib dayanır.

Bütün bunların fonunda hadisəyə əsas səbəbkar olan VAZ 2107-nin sürücüsü heç nə olmamış kimi yoluna davam edir. 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ