Azərbaycan Rusiyaya təqribən 1,5 milyon yumurta (90,63 ton) tədarük edib.
Bu barədə Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin (“Rosselxoznadzor”) saytında məlumat verilib.
Qurumun bildirdiyinə görə, yanvarın 11-də Yaraq-Qazmalar keçid məntəqəsi vasitəsilə Azərbaycandan Rusiya ərazisinə 306 min ədəd (18,63 ton) həcmində daha bir yumurta partiyası daxil olub.