Bakıda “Prius” “Mustang”la toqquşdu - video

 

Bakıda “Toyota Prius” markalı avtomobilin iştirakı ilə daha bir yol qəzası olub. Hadisə Səbail rayonu ərazisində - Azneft dairəsində baş verib.
Taksi kimi fəaliyyət göstərən “Toyota Prius” “Ford Mustang” markalı idman avtomobili ilə toqquşub. Nəticədə hər iki avtomobilə ciddi ziyan dəyib.

Qəzanın görüntüləri sosial şəbəkədə yayılıb.

Görüntülərindən qəzanın “Toyota Prius”un baş yolda olan “Ford Mustang”a yol verməməsi səbəbindən baş verməsi məlum olur. 

Həmçinin “Mustang”ın sürücüsünün də avtomobili təhlükəli idarə etməsi diqqət çəkir.

Qeyd edək ki, Bakıda, demək olar ki, hər gün “Toyota Prius” markalı avtomobillərin iştirakı ilə qəzalar baş verir.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ