"6 körpənin vəziyyəti ağırdır" - Yanğına görə

Yanğına görə Kliniki Tibbi Mərkəzin (KTM) Yenidoğulmuşlar şöbəsinə təxliyə olunan 6 körpənin vəziyyəti ağırdır.

"Report" xəbər verir ki, bunu KTM-in Yenidoğulmuşlar şöbəsinin uzman pediatr-neanotoloqu Aysel Qədimova jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, şöbəyə 15 körpə gətirilib. Onlardan 6 nəfərin vəziyyəti ağırdır: "Durumu ağır olan 6 körpədən 3-ü süni tənəffüs aparatına, digər 3-ü isə sipap aparatına qoşulub. Reanimasiyadan olan körpələrin yaxın zamanlarda palataya köçürülməsi nəzərdə tutulmur".

A.Qədimova bildirib ki, KTM-ə təxliyə olunan körpələrin heç birində yanıq xəsarətləri aşkarlanmayıb: "15 körpədən 6-sı qız, 9-u isə oğlandır".

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ