“Xəzər rayonunun Şağan qəsəbəsində avtobusların da keçdiyi yol kanalizasiya xəttinin düzgün işləməməsi nəticəsində pis vəziyyətdədir. Bu ərazidə bizim torpaq sahəmiz var, həmin sahəni isə vaxtaşırı su basır və çox əziyyət çəkirik”.
Bu problemlə üzləşən sakinlərdən biri Kamran Alışzadə “Qafqazinfo”ya bildirib ki, təxminən 100 metri əhatə edən ərazidə son 4 ildir vaxtaşırı subasma halları müşahidə edilir.
Heybətqulu Məmmədbəyli küçəsində yaşanan problem sakinlərin, xüsusilə də məktəblilərin gəlib-gedərkən çətinliklə üzləşməsinə səbəb olur.
Şikayətçinin sözlərinə görə, rəsmi qurumlara müraciət edilsə də, problemin aradan qaldırılması üçün dövlətin ayrıca pul ayırması lazım olduğu bildirilib.