Tibb Universitetinin tələbəsi infeksiyadan öldü

Azərbaycan Tibb Universitetinin tələbəsi Aytən Musayeva vəfat edib.

Məlumata əsasən, A.Musayeva iki gün öncə yüksək temperaturla xəstəxanaya yerləşdirilib. Onun sepsis (kəskin iltihab) infeksiyasından vəfat etdiyi bildirilib.

Qeyd edək ki, Aytən Musayeva ATU-da II Müalicə-profilaktika fakültəsinin 3-cü kurs tələbəsi idi.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ