Aygün Bəylərin cənazəsi Bakıya gətirildi - video

Əməkdar artist Aygün Bəylərin cənazəsi Vətənə gətirilib.

Mərhum sənətçi sabah günorta saatlarında dəfn olunacaq. Dəfn yeri kimi Suraxanı qəbiristanlığı nəzərdə tutulub.

15:39

Dünən Türkiyənin Ankara şəhərində müalicə aldığı xəstəxanada vəfat edən Əməkdar artist Aygün Bəylərin cənazəsi Heydər Əliyev Fondunun təyyarəsi ilə yerli vaxtla 14:00-da Ankaradan Bakıya yola düşüb.

Bu barədə APA-nın Türkiyə müxbirinin sorğusuna cavab olaraq Azərbaycanın Türkiyədəki səfirliyindən bildirilib.

Qeyd olunub ki, cənazə bütün zəruri sənədləşdirmə işləri yekunlaşdırılaraq xüsusi təyyarə ilə yola salınıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ