Aygün Bəylərin nəşinin Bakıya gətirilməsi niyə yubanır? - video

Əməkdar artist Aygün Hümmətovanın (Bəylər) nəşinin bu gün Bakıya gətiriləcəyi planlaşdırılır.

Bu barədə Baku TV-yə Əməkdar artistin yaxınları bildiriblər.

Onlar qeyd edib ki, sənətçi dünyasını Türkiyədə dəyişdiyinə görə sənədləşmə prosesi uzun çəkir. Bu səbəbdən cənazənin ölkəyə gətirilməsi yubanır.

“Sənədləşmə işləri həll olunan kimi Əməkdar artistin nəşi Türkiyəyə göndərilən xüsusi təyyarə ilə Bakıya yola düşəcək”.  

Qeyd edək ki, Azərbaycan Respublikasının Əməkdar artisti Aygün Hümmətova (Bəylər) bu gecə Türkiyənin paytaxtı Ankara şəhərində vəfat edib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ