Novxanıdakı istirahət mərkəzində özünü öldürdü - SƏBƏB

Sumqayıtda intihar hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, Qax rayon sakini, 1995-ci il təvəllüdlü Məhəmməd Kərim oğlu Kərimov Novxanı bağları massivindəki “Gəmi” istirahət mərkəzinin ərazisində özünü asıb. Onun meyiti Sahil küçəsində yerləşən istirahət mərkəzinə məxsus tikilidə aşkarlanıb.

29 yaşlı şəxs Novxanıda kirayədə yaşayırmış, evli olub, 1 övladı var.

İlkin məlumatda onun borclarına görə həyatına son qoyması bildirilir.

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ