Qəbələdə avtomobil ağaca çırpıldı: ölən var

Qəbələ rayonunun Böyük Əmili kəndi ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan məlumat verilib.

“Mercedes” markalı avtomobilin sürücüsü Rafael Əzizovun idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi yolun kənarındakı ağaca çırpılıb, yanıb.

Hadisə nəticəsində sürücü və sərnişinlərdən biri, Məhəmməd Qafarov xəsarət alıb, digər sərnişin, 1970-ci il təvəllüdlü Rafael Mirzəliyev ölüb.

Faktla bağlı araşdırma aparılır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ