Bakıda “Prius” hərkəsi təəccübləndiridi: Həbs edildi - video

Paytaxtın Xətai rayonunda yol keçidlərinin birində vətəndaşların hərəkətinə təhlükə yaradan "Toyota Prius" markalı, 77-XY-496 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Novruzov Rəsul Rövşən oğlu polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb.

Bu barədə Bakı şəhər BPİ DYP İdarəsinin İctimai qurumlarla əlaqə bölməsindən bildirilib.

Məlumata görə, sürücü barəsində toplanmış materiallar baxılması üçün rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə R.Novruzov 10 sutka inzibati qaydada həbs edilib.

13:08

Bakıda “Toyota Prius” markalı avtomobil piyadalarla yanaşı pilləkənlərdən düşüb.

Hadisənin videogörüntüsü sosial şəbəkələrdə paylaşılıb. Hadisənin Gəncə prospekti yaxınlığında baş verdiyi deyilir.

Üzərində taksi fəaliyyəti göstərən şirkətlərdən birinə aid loqo olan maşın parkdakı pilləkənlərdən üzüaşağı gələrək avtomobil yoluna çıxıb.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ