Azərbaycanlı tələbəyə işgəncə verən mafiya üzvlərinə 203 il iş istənildi - foto

Ötən il Türkiyədə azərbaycanlı tələbə Ali Safa K.-ya (şərti ad) işgəncə verən narkotik mafiyasının üzvlərinə 203 il həbs cəzası istənilib. 

Qaynarinfo-nun məlumatına görə, Əli Safaya işgəncə verdiyinə görə saxlanılan 6 nəfər barəsində ittiham aktı hazırlanıb.

İddianamədə məhbus şübhəlilər - 49 yaşlı Ayhan Küçükdere, 24 yaşlı oğlu Səməd Küçükdere, 25 yaşlı Mehmet Can Arslaner və ev dustaqlığında olan 35 yaşlı H.C., 39 yaşlı Y.A.-nın hər birinə 14 il, 35 yaşlı F.O.-ya 5 il, ümumilikdə isə 203 il müddətinə azadlıqdan məhrumetmə cəzası istənilib. 

Cinayət İşi Zonquldak 3-cü Ağır Cəza Məhkəməsinə göndərilib. 6 müttəhim yaxın günlərdə sözügedən məhkəmədə hakim qarşısına çıxarılacaq.
Ətraflı

Qeyd edək ki, Ali Safa K. mafiyaya məxsus silahı Zonquldak Bülent Ecevit Universitetinin ərazidəsində itirib. Polislər silahı tapdıqdan sonra Ali Safa K.-nı axtarmağa başlayıblar.

O, mafiyanı təhlükəyə atdığına görə evdə işgəncəyə məruz qalıb. Qaşıqla cinsi istismara məruz qalan Ali Safa K. öldürülmək üçün kimsəsiz yerə aparılarkən qaçıb və polisə sığınıb. Onları ifşa edən və 1,5 ay işgəncələrə məruz qalan 24 yaşlı Ali Safa K. mafiyanın bütün əlaqələri haqqında polisə məlumatlar çatdırıb. Polis əməliyyat keçirərək onları saxlayıb. 

Hadisədən sonra Əli S.K. polis qruplarının müşayiəti ilə doğulduğu Azərbaycana göndərilib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ