Yol polisi plyonka məsələsinə son qoydu

Bakı şəhər Dövlət Yol Polisi İdarəsi son günlər gündəmə gələn və toplu suallar mövzusuna bir daha aydınlıq gətirib. Bildiyiniz kimi son günlər Bakıda qabaq alın və bütün qapıların yan şüşələrini plyonka ilə bağlayan sürücülərin sayı artıb. Həmin maşınları nümunə göstərən digər sürücülər haqlı olaraq sual verirlər. "Plyonkaya icazə verilirmi? Cəriməsi varmı?"

Bu kimi suallara Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov vasitəsilə cavab verib. Şöbə rəisi bildirib ki, avtomobillərin arxa qapılarına pərdə və plyonka çəkilməsinə görə sürücülər barədə inzibati qaydada tənbeh tədbiri görülməyəcək. 

Yəni yol polisi belə avtomobilləri idarə edən sürücülərə qarşı cərimə tətbiq etməyəcək, avtosfer.az xəbər verir.

"Lakin bir daha bildirirəm ki, söhbət yalnız arxa sağ və sol qapı şüşələrindən gedir."

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ