“Grand Hayat”da yanğın oldu - Video

Bu gün Bakı şəhər Tbilisi prospektində yerləşən “Grand Hayat” yaşayış kompleksində yanğın baş verib.

Bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.

Görüntülərdə mənzillərin birindən qara tüstünün yayıldığını görmək mümkündür. Sakinlərin verdiyi məlumata görə, kompleksin həyətinə operativ nəqliyyat vasitələri daxil ola bilmədiyindən yanğının söndürülməsində çətinlik yaşanıb. Yanğın digər mənzillərə keçmədən qarşısı alınıb.

Fövqəladə Hallar Nazirliyi hadisə barədə məlumat yayıb. Qurumdan bildirilib ki, Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində ümumi sahəsi 120 m² olan 4 otaqlı mənzilin bir otağında 1 ədəd televizor, 1 ədəd kondisioner, 1 ədəd divan və divar kağızı 6 m² sahədə yanıb: “Yüksək temperaturdan otaqda olan əşyalar qarsalanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb”.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ